banner
banner

Hərbİ

"Vəziyyəti izləyirik" - ABŞ Dövlət Departamenti

"Vəziyyəti izləyirik"

ABŞ Dövlət Departamenti noyabr ayının 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vurulan Ermənistan hərbi helikopterinin pilotlarının meyitlərinin qaytarılması üzrə vəziyyəti izləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin direktoru Ceff Ratke jurnalistlər üçün brifinqdə bildirib. "Bu insident və vəziyyətin gərginləşməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yollarının axtarılmasının vacibliyini göstərir", - Ratke qeyd edib. O, münaqişə tərəflərini təmkinli olmağa və təmas xəttində gərginliyin artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb. "Biz həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə nail olmaq üçün danışıqlarda səyləri cəmləməyə çağırırıq", - C.Ratke bildirib. O vurğulayıb ki, Minsk qrupunun həmsədri olan ABŞ bu məsələdə əvvəlki kimi, kömək etməyə hazırdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.