banner
banner

Sosİal

Bakıda yollar dəyişdirilir

Bakıda yollar dəyişdirilir

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın bir neçə küçə və prospektlərində, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və maneəsiz hərəkətini təmin etmək məqsədilə yollarda bir sıra dəyişikliklər edib. 

Cia.az-a daxil olan məlumata görə, C.Hacıbəyli küçəsi A.Bakıxanov küçəsi ilə kəsişmədən sonra (Gənclik m/st. istiqamətində) bir tərəfli olduğundan və K.Kazımzadə küçəsindən ancaq sağa C.Hacıbəyli küçəsi istiqamətində dönmə nişanı olduğundan, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində yalnız A.Bakıxanov küçəsindən sağa dönən nəqliyyat vasitələri istifadə edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, A.Bakıxanov küçəsindən sağa C.Hacıbəyli küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin daimi olaraq işıqforun əlavə seksiyasında hərəkətinin təşkil edilməsi haqqında təklif irəli sürülüb. 

Asif Məhərrəmov küçəsindən 3-cü mkr dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri Asif Məhərrəmov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mkr dairəsində yüklənmə yaranır. Qeyd olunanları nəzərə alaraq, Asif Məhərrəmov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb. 

Ceyhun Səlimov küçəsindən 3-cü mkr dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri Ceyhun Səlimov küçəsindən geriyə dönmə əməliyyatını yerinə yetirmək üçün 3-cü mkr dairəsindən istifadə etmək məcburiyyətində qalırlar ki, nəticədə, 3-cü mkr dairəsində yüklənmə yaranır. Qeyd olunanları nəzərə alaraq, Ceyhun Səlimov küçəsində (dairəyə çatmamış yolötürücünün altında) nəqliyyat vasitələrinin geriyə dönmə əməliyyatını yerinə yetirmələri məqsədi ilə yolun sxemdə göstərilmiş qaydada təşkil edilməsi təklifi irəli sürülüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı bütün təkliflər Nəqliyyat Nazirlyi və Baş dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiq olunub və müvafiq qaydada icra olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.