Müğənni Şəbnəm Tapdıq “Gündəlik” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, sənətçi bir vaxtlar sevgi münasibətləri yaşadıqları deyilən həmkarı Sərxan Sərxanla bağlı danışıb.
O, “Sərxan Sərxanla sizi birləşdirmək istəyirik. Münasibətləriniz necədir” suallarına belə cavab verib: “Təki alınsın... Ünsiyyətimiz var. Hərdən zəngləşirik. İnsanın ruhu bir-birinə yaxın olmalıdır. Sərxanı yaxşı tanıyıram, gözəl müğənnidir. Ancaq sənət adamı kimi danışırq. Ortada sevgi yoxdur. Nəsə olsa, açıq deyərəm. Bilmirəm bu nədir: mən verilişə çıxanda ondan, o, çıxanda məndən danışırlar. Məni bu gün istəyən çoxdur. Amma təkliflərin heç birini qəbul etmirəm”. Ş.Tapdıq haqqında yayılan şayiələrə də son qoyub: “Mən əxlaqdan danışanda başqaları əsəbləşir. Mən namuslu qadınam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.