Sentyabrın 8-də Türkiyə quru qoşunları İraqın şimal hissəsi ilə sərhədi keçib. 2011-ci ildən bəri ilk dəfə olaraq Türkiyə quru qoşunları İraqa daxil olur. Məqsəd son bir neçə gündə 31 türk polisini qətlə yetirmiş kürd yaraqlılarını təqib etməkdir.
Cia.az xəbər verir ki, rəsmi «Anadolu» agentliyinin məlumatına görə, 150 türk əsgəri İraqın şimalına daxil olur. Onlar Türkiyədəki hücumlardan sonra qaçmış PKK yaraqlılarını məhv etməyi hədəfləyir.
Bu addım ABŞ-ın regionda «İslam Dövləti» silahlı qruplaşmasına qarşı mübarizə işiylə ziddiyyət təşkil edir. Belə ki, indi Türkiyə Suriya və İraqda İD-nin ələ keçirdiyi torpaqları geri qaytarmağa çalışan döyüşçüləri hədəfə alıb.
Türkiyə rəsmiləri İraqın şimalındakı əməliyyat üçün konkret vaxt göstərməyib. Ancaq bir rəsmi əməliyyatın «qısamüddətli» olduğunu bildirir. Türkiyə qırıcıları silahlıların düşərgələrinə daha çox zərbələr endiriblər. Son günlər Türkiyədə hökumət qüvvələri ilə kürd silahlılar arasında gərginlik artıb. PKK hücumları nəticəsində sentyabrın 6-dan bəri azı 31 türk hərbçisi və polis qətlə yetirilib.
Türkiyə iyulda ABŞ-ın İD-ə qarşı koalisiyasına qoşulub. ABŞ təyyarələri və pilotsuz qurğularının Türkiyə hava bazalarından istifadəsinə icazə verilib.
Ancaq Türkiyə daha çox PKK ilə savaşa fokuslanıb. Prezident Recep Tayyip Ərdoğan deyib ki, İD Türkiyə üçün PKK-dan daha az təhlükə törədir.
Türkiyənin PKK-ya qarşı quru və hava hücumları isə Birləşmiş Ştatlar və müttəfiqləri üçün çətin durum yaradır. Belə ki, kürdlər Suriya və İraqın şimalında İD-ə qarşı vuruşan əsas qüvvədir.
Türkiyədə kürdpərəst partiyadan Nazmi Gur deyir ki, Türkiyənin quru müdaxiləsi İraqın şimalının və Suriyanın İD-dən azad olunması səylərini əngəlləyəcək: «Türkiyə istəsəydi də, «Daesh»ə (İŞİD-in slenq adı) bundan artıq kömək edə bilməzdi».
Birləşmiş Ştatlar Türkiyə hökuməti və PKK-nı danışıqlar masasına qayıtmağa çağırıb. «Türkiyə və PKK-nın sülhə nail olmaq prosesinə qayıtması vacibdir», - Ağ Evin sözçüsü Josh Earnest deyib. Tənqidçilər Ərdoğan-ı seçkini qazanmaq məqsədilə kürdlərlə savaşı qızışdırmaqda ittiham edirlər. 2013-cü ildə kürdlərlə atəşkəs əldə olunmuşdu.
Belə ki, prezidentin millətçilərin səsini qazanmaq istədiyi iddia olunur. İyunda keçirilən seçkilərdə kürdpərəst HDP-nin parlamentə keçməsi ilə hakim AKP çoxluğu itirdi. Türkiyədə noyabrın 1-də təkrar seçki keçiriləcək. Ərdoğan ittihamları rədd edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.