banner
banner

Sosİal

Niyə nazir uşaqlarının dayələri əcnəbidir?

Niyə nazir uşaqlarının dayələri əcnəbidir?

“Azərbaycanda əksər yüksək vəzifəli hökumət nümayəndələri, məmurlar, nazirlərin uşaqlarının dayələri azərbaycanlı deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Sabir Rüstəmxanlı Milli Televiziya və Radio Şurası 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabat tədbirində səsləndirib. Onun sözlərinə görə, bu faktla Zaqulbadakı pansionatda istirahət edən zaman qarşılaşıb: “Yay aylarında Zaqulbada pansionatda istirahət edərkən bunun şahidi oldum. Niyə bizim öz dayələrimiz deyil, xarici ölkələrdən gələn dayələr tuturlar? Belə olan halda uşaqlar öz dilimizi necə biləcək? Aparıcılar da göydən düşməyib ki, bizim içimizdən çıxır. Bu məsələyə diqqət olunmalıdır. Bəzən də istedadlı uşaqlar televiziyalardan kənarda qalır. Kimin qohum-əqrəbası varsa işə götürülür”.

Millət vəkili aparıcıların geyiminə və nitqindəki qüsurlara xarici filmlərin də təsir göstərdiyini bildirib: “Məsələn, Braziliya filmləri göstərilir və camaat da elə bilir ki, onlar kimi geyinmək lazımdır. Türkiyə seriallarına isə baxanda düşünürlər ki, onlar kimi danışmalıdırlar”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.