banner
banner

Dünya

İspaniya 17 mindən artıq miqrant qəbul edəcək

İspaniya 17 mindən artıq miqrant qəbul edəcək
İspaniya hakimiyyəti sentyabrın 9-da Avropa Komissiyası tərəfindən təklif olunan və 14 min 931 mühacirə sığınacaq verilməsini nəzərdə tutan mühacir qəbulu üzrə kvota ilə razılaşıb.
Bu barədə Qərb mətbuatının məlumatında bildirilir.
Belə olan halda, İspaniya Madridin hələ cari ilin iyul ayında qəbul etdiyi 2 min 749 nəfər də daxil olmaqla cəmi 17 min 680 qaçqına sığınacaq vermiş olacaq.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib ki, Krallıq yaxın beş il ərzində 20 minədək suriyalı qaçqını qəbul etməyə hazırdır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.