banner
banner

Hərbİ

Qərbi Azərbaycan Qarabağın azad olmasını istəyir

Qərbi Azərbaycan Qarabağın azad olmasını istəyir

Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət bəyan edib ki, İran aqressiyanın istənilən təzahürünə qarşıdır və Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olmasını istəyir, Oxu.Az novosti.az-a istinadən xəbər verir.

“Biz aqressiyanı alqışlamırıq. Biz insanların sürgün edilməsini və aqressiyanın istənilən formasını qınayırıq. Qarabağın azad edilməsi və onun Azərbaycanın sərhədləri daxilinə qaytarılması – bizim arzumuzdur. Biz inasnların öz evlərinə qayıtmalarını istəyirik”, - Q.Səadət iranın urmiya şəhərində azaərbaycanlı jurnalistlər ilə görüşdə bəyan edib.

Dağlıq qarabağ münaqişəsinin İrana necə təsir etdiyi barədə suala cavab verərkən Q.Səadət bildirib:

“Azərbaycan və Ermənistan arasında mövcud gərginlik İranı da narahat edir. heç bir qoonşu digər iki qonşusunun müharibə etməsini istəməzdi”.

“Biz Naxçıvanın şərur rayonunda olmuşuq, orada məscid tiktirmək istəyirdik. Biz tikinti işlərinə yenicə başlamışdıq ki, Ermənistan bizi toplardan atəşə tutdular. Mərmi bizim adamlardan birini yaraladı. Mən özüm orada olmuşam”, - o qeyd edib.

Valinin sözlərinə görə, iran Səddam Hüseynin zülmündən qaçan kürdlərin ağır şəraitinin şahidi olub.

“Biz qaçqınlara neçə çətin olduğunu görürük. Biz onların vəziyyətini anlayırıq, belə ki, Səddamdan qaçan 580 min kürdün çətinliklərinin şahidi olmuşuq”, - o qeyd edib.

Onun fikrinə görə, Bakı və İrəvan problemi həll etməlidirlər, Tehran bu işdə mütləq öz dostlarına yardım etməlidir.

“Azərbaycan və Ermənistan bu məsələni həll etməldirlər. amma təəssüf ki, bu proses uzanır. Bizim dövlət bu istiqamətdə mümkün olan hər şeyi etməlidir, tədbir görməlidir. Biz ocağa yağ tökməməliyik, əksinə onu söndürməyə çalışmalıyıq. Bizim mövqemiz – biz qonşuyuq, biz bərabər yaşamalıyıq”, - Q.Səadət bəyan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.