“Ermənistan təyyarələri havaya qalxan kimi əmr verdim...” Zakir Həsənov
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı hərbi təlimləri zamanı Ermənistan tərəfi təxribata əl atıb. Ermənistan hərbi təyyarələrini havaya qaldırıb və sərhədlərimizə doğru istiqamətləndirib.
Lakin Azərbaycanın hava hücumundan müdafiə qüvvələri bu faktı dərhal qeydə alıb. Hərbi hava qüvvələrimiz Ermənistan təyyarələrini öz mövqelərinə geri qayıtmağa məcbur edib.
Bunu ANS-ə açıqlamasında müdafiə naziri Zakir Həsənov deyib.
Nazirin sözlərinə görə, hava hücumundan müdafiə qoşunları daim döyüş vəziyyətindədir: “Biz də öz təyyarələrimizi havaya qaldırdıq və onları öz sərhədlərinə 30 km qalmamış geri göndərdilər. Göstəriş vermişdim. Əgər onlar bizim sərhədləri bir santimetr keçsəydilər, məhv ediləcəkdilər. Biz tam hazırlıqlı vəziyyətdə idik”.
Cia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərin növbəti mərhələsində atışlar icra ediləcək. Artıq həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikaları, o cümlədən tanklar təlim bölgələrinə çatdırılıb.
Azərbaycan tarixində ən genişmiqyaslı təlimlərə bütün qoşun növləri, o cümlədən 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu. Eyni zamanda Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb edilib. Məqsəd silahlı qüvvələrin müharibə hazırlığını yoxlamaqdır. Ehtiyatda olan 8 min hərbçi də təlimlərə çağırılıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.