Aktrisa Cessika Alba Nyu-Yorkda özünün kosmetik brendinin təqdimatını edib. CİA.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa təqdimat gecəsinə eleqant ağ libasda yollanıb. Geyimini çəhrayı ayaqqabıyla tamamlayan Cessika sadə makiyaj edib. C.Alba açıqlamasında “The Honest” kosmetik vasitələrinin tamamilə təbii və təhlükəsiz komponentlərdən hazırlandığını deyib.
Qeyd edək ki, Cessika Albanın kosmetik brendi 2012-ci ildən fəaliyyət göstərir. Şirkət daha əvvəl uşaqlar üçün ekoloji təmiz və zərərsiz olan yuyucu vasitələr istehsal edirdi. Lakin daha sonra Cessika öz biznesini daha da genişləndirməyə və brendinin kosmetik məhsullar istehsalına qərar verib. Hazırda aktrisanın bu biznesdən 1,7 milyard dollar gəlir əldə etdiyi bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.