AFFA İntizam Komitəsi ötən turun matçları üçün növbəti iclasını keçirib.
“Neftçi”nin prezident müşaviri Elnuir Əşrəfoğlu komandasını 20 min manat ziyana salıb. Buna səbəb ötən tur keçirilən “Simurq”- “Neftçi” matçında E.Əşrəfoğlunun Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə və KİV qarşısında təhqir etməsi olub. Ölkənin ali futbol qurumu klub rəsmisinə bu hərəkətinə görə 6 oyunluq cəza verib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.