banner
banner

Hərbİ

Zakir Həsənov cəbhə bölgəsində

Zakir Həsənov cəbhə bölgəsində

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən noyabrın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov döyüş hazırlığının yoxlanılması məqsədilə cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrdə olublar.

CİA.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, cəbhənin ön xəttində yerləşən ümumqoşun və artilleriya təlim mərkəzində olan müdafiə naziri taktiki məşqləri və kəşfiyyat bölmələrinin hazırlığını yoxlayıb.

Raket və artilleriya qoşunlarının hərbi hissəsində olan nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığı, hərbi texnikanın döyüş imkanları, qərargahlar tərəfindən tapşırıqların icrası, həmçinin hərbi hissələrin idarəetmə fəaliyyəti və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıblar.

Döyüşə hazırlıq səviyyəsini yoxlamaq məqsədilə həyəcan siqnalı ilə qaldırılan raket və artilleriya birləşmələri müdafiə naziri tərəfindən göstərilən tapşırıqların yerinə yetirilməsi məqsədilə real döyüş şəraitinə uyğun olaraq atışlar icra ediblər.

Müxtəlif artilleriya vasitələrindən döyüş tətbiqi icra olunub, həmçinin yeni alınan minaatan və ağır odatan sistemlərdən (AOS-1A), hazır olan və əvvəlcədən hazır olmayan mövqelərdən döyüş atışları həyata keçirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissə və birləşmələrin döyüş fəaliyyətlərinin inspeksiya yoxlanılması davam edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.