Bakının Xətai rayonu Nobel prospekti 67/13 A ünvanında torpaq sürüşməsi baş verib.
Hadisə zamanı ev sahibi Dilarə Rzaynvanın mənzili və həyətyanı sahəsinə ziyan dəyib. Ev sahibinin sözələrinə görə yaşadığı ərazidə torpaq sürüşməsini 10 günə yaxındır ki, müşahidə edir. Amma son gün sürüşmənin miqyası daha da artıb. Bu səbəbdən də ailə üzvləri təhlükəsizliklərini nəzərə alaraq evdən çıxmaq məcburiyyətində qalıblar.
Hadisə yerinin yaxınlığında yaşayan sakinərin sözlərinə görə, əgər qarşısı alınmasa bu yerlərdə zərər çəkən mənzillərin sayı qat-qat artıq ola bilər.
Ev sahibi hadisə ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etdiyini deyir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.