Mətbuatda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbərlər yayılıb.
Cia.az xəbər verir ki, modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə əlaqə saxlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov icra başçısının avtomobilinin cərimə meydançasına aparılmasına münasibət bildirərkən deyib ki, kimliyindən asılı olmayaraq, yol hərəkət qaydalarını pozan şəxs barəsində mütləq tədbir görülür:
“İstər icra başçısı olsun, istərsə də başqa sahənin əməkdaşı, mütləq cərimələnir”.
Polis rəisi məsələ ilə maraqlanan jurnalistlərə qəzəbini də gizlətməyib:
“Dediyiniz adam hərəkət iştirakçısı, sürücü deyil?! İcra başçısı kimdir, toxunulmazdır?! Deyirsiniz, qayda pozubsa, cərimələməyək?! Bundan başqa, mən hər cərimə meydançasına aparılan avtomobilin sahibinin kimliyi ilə maraqlansam, onda gərək işləməyəm. Hansı qanuna əsasən cərimə olunan şəxsin kimliyi barədə məlumat verilməlidir?!”.
Vaqif Əsədov jurnalistləri sensasiya axtarmaqda ittiham edib:
“Dünən bütün günümü teleaparıcı Nanə Ağamalıyevanın ölüb-qalmasını öyrənməyə sərf etmişəm. Nanə ölüb, ya ölməyib, sizə nə?! Jurnalistlər niyə bununla maraqlanır? İndi jurnalistlərin hamısı sensasiya marağındadır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.