banner
banner

İdman

AFFA-dan 1.5 milyon avro

AFFA-dan 1.5 milyon avro

Robert Prosineçki futbol üzrə Azərbaycan yığmasını çalışdırmağa razılıq verib.

CİA.Az "Azerisport"a istinadən xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı etibarlı mənbələrə istinadən xəbər yayıb. Üç gün əvvəl Parisdə danışıqların ikinci mərhələsi başlayıb. Orada AFFA rəhbərliyi ilə xorvat mütəxəssis arasında görüş baş tutub. Hansı ki, 16 gün əvvəlki ilk görüş də məhz orada baş tutmuşdu. Artıq tərəflərin bütün şərtlərdə razılığa gəldiyi bildirilir. Hər an AFFA yeni baş məşqçi ilə müqavilə imzalaya bilər.

Qeyd edək ki, Prosineçki məhz ümumi razılığa gəlindiyinə görə Bakıya səfər edib. O, hətta ötən gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” matçını canlı izlədi. Bosniya və Herseqovina yığmasını çalışdırmağa da namizəd olan mütəxəssis seçimini Azərbaycanın lehinə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın sonunadək yığmamızda çalışacaq. Bu müddət ərzində o, müqaviləyə əsasən, 1,5 milyon avro qazanacaq.

Prosineçki rəsmi olaraq ictimaiyyətə dekabrın 2-də təqdim olunacaq. Həmin gün millimizin yeni baş məşqçisinin mətbuat konfransı olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.