banner
banner

Dünya

Papanın tələbi rədd edildi

Papanın tələbi rədd edildi

Roma papası Fransiskin 28-30 noyabr Türkiyəyə səfəri öncəsi bir sıra tələblər irəli sürüb.

ANS PRESS-in məlumatına görə, katoliklərin ruhani lideri Türkiyədə səfərdə olarkən İtaliyanın “Fiat” markalı avtomobilinin “Albea” modelini istifadə üçün tələb edib. Lakin Türkiyə hökuməti tərəfindən papanın tələbi geri çevrilib və onun üçün lüks avtomobil ayrılacağı bildirilib.

Papa Türkiyədə olduğu günlər ərzində İstanbulda beş ulduzlu oteldə qalmaq istəmədiyi üçün Şişlidə yerləşən Vatikan nümayəndəliyinin binasında qalacaq. Ətrafda geniş təhlükəsizlik tədbirləri alınacaq.

Türkiyə hökuməti papanın səfəri çərçivəsində hər hansısa bir xoşagəlməz hadisənin olmaması üçün həmin günlərdə səyyar satıcıları küçələrdən yığışdıracaq, şəhərdəki bəzi inşaat işlərini dayandıracaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.