Ermənilərin vurulan pilotsuz aparatının - Fotoları
Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero - 5E) tipinə aiddir.
Cia.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, dəqiqləşdirilmiş məlumata görə bu gün cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.
X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
- Qanadların açılışı 3030 mm. - Uzunluğu 2100 mm. - Kreyser sürəti 85-115 km/saat - Maksimal uçuş sürəti 180 km/saat - Havada qalma müddəti: - elektrik mühərriki ilə 1.5 saat - benzin variantında 8 saatadək - Maksimal uçuş məsafəsi 130 km. - Maksimal uçuş hündürlüyü 2000 m. - Maksimal tətbiqetmə uzaqlığı 85 km.-dək - Qalxma üsulu katapult - Enmə üsulu paraşüt
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.