Bu gün Bakı-Sumqayıt qatarlarından 2000 sərnişin istifadə edib.
Cia.az-ın məlumatına görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Sumqayıt qatarları gün ərzində təqribən 2000 sərnişinə xidmət edib.
Onun sözlərinə görə, qatarların xətlərə yenicə buraxıldığını, bəzi sərnişinlərin hələ tam məlumatlı olmadığını nəzərə alsaq, bu heç də kiçik göstərici deyil:
"Bu o deməkdir ki, gələcəkdə Bakı və Sumqayıt arasında sərnişin sıxlığını aradan qaldıra biləcəyik".
Qeyd edək ki, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Bu gündən isə qatarlar Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərə uyğun olaraq sərnişinlərə xidmət edir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.