banner
banner

Sağlamlıq

Şəkər xəstələrində göz problemləri

Şəkər xəstələrində göz problemləri

Retina - gözün işığı qəbul edən hissəsidir. Eynilə fotoaparatdakı görüntünü qəbul edən fotolent kimi. Şəkər xəstəliyi zamanı retina zədələnir.

Xəstəliyin əlamətləri:

- Ani və ya tədricən görmənin itməsi

- Görüntüdə əyilmələr

- İşıq çaxmaları

- Uçuşan qara nöqtələr hissiyatı

- Görüşün pərdələnməsi

- Görmə sahəsində qaranlıq bölgələrin yaranması

Xəstəliyin gedişatı:

Diabet xəstəliyi ümumi xəstəlik olduğundan orqanizmin hər bir hissəsində, hər bir orqanında əlamətləri biruzə verir. Əsasən sinir hüceyrələrini, ürək, böyrək və gözü zədələyir. Gedişatına görə I tip (özünü tez büruzə verir) və II tip (özünü gec büruzə verir) şəkər xəstəliyi olur.

I tip şəkər xəstəliyi diaqnozu qoyulandan 5 il sonra göz əlamətləri yaranır, amma II tip şəkər xəstəliyinin diaqnozu qoyulmuş olanda artıq göz əlamətləri başlamış olur. Ona görə belə xəstələr hər 6 aydan bir göz müayinəsində olmalıdırlar. Xəstəliyin tipindən asılı olmayaraq şəkər xəstəliyi zamanı damar keçiriciliyi pozulduğundan damarlar şəklini dəyişir, içəriləri tıxanır və gözdə qidalanma pozulur, retinanın içinə su və yağ toplanmağa başlayır. Sonradan kövrəlmiş damarların divarı cırılır və qanamağa başlayır, bu səbəbdən göz içinin şəffaf mühiti bulanır. Qidasız qalan retina özünə yeni damarlar cəlb edir və bu yeni damarlar gözün optik sisteminin, görmənin fizikasını daha da pozur. Bu prosesin davamı olaraq retina üzərinə pərdə gəlir və görmə tam pozulur, göz daxili təzyiq artır və dayanılmaz ağrılar yaranır.

Diqqət! Diabet xəstəliyi nə qədər nəzarətsiz qalırsa, bir o qədər sadalanan prosesslər kəskinləşir. Eyni zamanda qan təzyiqinin yüksək olması, hamiləlik, köklük, böyrək xəstəliyi diabet retina xəstəliyini artıran faktorlardı.

Müalicəsi:

- Endokrinoloqun nəzarəti altında qanda şəkəri stabil saxlamaq

- Retinaya yığılmış su və yağ toplantılarının sorulması üçün gözə iynələrin vurulması

- Yeni damarların yaranmasını əngəlləmək üçün lazer istifadəsi

- Tıxanmış damarları açmaq üçün iynələr vurulması

- Pərdənin və bulanmış göziçi mühitin təmizlənməsi üçün vitreoretinal əməliyyat

- Pozulmuş qidalanmanı bərpa etmək üçün oksigen barokamerası

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.