İslam aləmində ən müqəddəs bayramlardan sayılan Qurban bayramın’a 8 gün qaldı. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayan bayram bu il sentyabrın 24-25-nə təsadüf edir.
Qurban bayramı sentyabrın 24-ü və 25-nə təsadüf etdiyindən növbəti iki gün (26-27 sentyabr) isə şənbə və bazara təsadüf elədiyindən 4 gün qeyri- iş günü hesab ediləcək.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar bu, günahdan təmizlənmək, “qəzəblənmiş Allahın könlünü almaq” və s. niyyəti güdürdü. Hicrətin (Məhəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı.
Qurban bayramının əsas mahiyyəti - Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirməkdir. Bayramın məhvəri xeyirxahlıq, paklıq, inam və sevgidir.
Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi məsləhət deyil.
Qurbanı kəsən şəxs heyvana əziyyət verməməli, bıçağı heyvana göstərməməlidir. Sağ əlində tutduğu bıçaqla heyvanı kəsərkən “Bismilləhi Allahu Əkbər” deməlidir. Qurbanı vəkil kəsdiyi halda qurbanın sahibi də “bismilləh”də iştirak etməlidir. Qoyun, keçi, inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq köksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, yem və yemək borusu kəsilməli və qanı axıdılmalıdır.
Kəsilmiş qurbanın bir hissəsi kasıblara paylanır. Hamıya bərabər pay verilməlidir və bu zaman qurban kəsənin özü də bərabər pay götürə bilər.
Qurban ibadətinin üç növü var. Onlar udhiyyə qurbanı (yəni qurban bayramında kəsilən qurban), nəzir və ya adaq qurbanı, əqiqə qurbanı və həclə əlaqəli olaraq kəsilən həcc qurbanlarıdır. Qurban kəsməyin hökmünün nə olmasından asılı olmayaraq, qurban hikməti, məqsədi və hökmü səbəbi ilə İslamda mühüm bir ibadətdir. Qurban kəsməyərək əvəzi olan vəsaiti kasıblara paylayanlar qurban kəsmiş sayılmaz. Onlar, sadəcə, yoxsul və imkansızlara yardım, ya da gərəkli hesab edilən işə görə yardımla köməyin savabını qazanarlar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.