ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatla çıxış edib.
Ceff Ratke Ermənistanı və Azərbaycanı sülh danışıqlarının davam etdirilməsi üçün bütün səyləri artırmağa çağırıb.
ANS PRESS-in məlumatına görə o, deyib: "ABŞ münaqişə tərəflərini təmas xəttində gərginliyin artmasına gətirib çıxaracaq hərəkətlərindən çəkinməyə çağırır. Biz tərəfləri sülh danışıqlarının keçirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün kompromis variantlar haqqında düşünməyə səsləyirik. ABŞ əvvəlki kimi, bu məsələdə kömək göstərməyə hazırdır."
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.