banner
banner

Şou

Hollivudun məşhur cütlüyü Ancelina Coli və Bred Pittin qızı Şaylo cinsini dəyişmək istəyir.
9 yaşlı qız oğlan kimi geyinir və bütün tanışlarından onu Piter çağırmalarını xahiş edir.

Bu davranışlar valideynləri narahat etmir. Ancelina və Pitt dəfələrlə deyiblər ki, onlar uşaqların azadlıqalrına qarışmaq istəmirlər. Aktyor bunu balaca qızın uşaq şıltaqlığı adlandırır. O, Şaylonun indi olduğu kimi böyüyəcəyinə, yəni cinsini dəyişməyəcəyinə inandığını deyib. Ancaq bu heç də qızcığaz üçün oyun deyil. O, bu haqda ciddi olduğunu deyib və valideynlərinə yalvarıb ki, onu cərraha aparsınlar.

Ancelinanın reaksiyası isə onların yaxınlarını təəccübləndirib. O, qızının bu istəklərini əvvəl zarafat kimi qəbul edib, sonra isə Şaylonun arzusuna mane olmayacağını vurğulayıb. B.Pittin anası Ceyn Pitt artıq həyəcan siqanalının verilməli olduğunu bildirib. Coli isə onları qızın işinə qarışmamağa razı sala bilib.

Aktrisa bu haqda belə düşünür:

"Şaylo oğlan olmaq istəyir. Ona görə onun saçını qısa kəsirik. O, idman üslubunda və şalvar geyinməyi sevir. O, qardaşları kimi olduğunu deyir. Düşünürəm ki, qızımda aktrisalıq güclüdür. Çünki mən də uşaqlıqda onun kimi bəzənib geyinirdim və bütün günü atılıb düşürdüm".

Qeyd edək ki, cütlüyün Efiopayan uşaqlığa götürdüyü Zahara adlı qızları da ölkəsinə bioloji anasına qayıtmaq barədə düşünür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.