banner
banner

Gündəm

Ziya Məmmədov niyə işə çıxmır? - Sözçüsündən açıqlama

Ziya Məmmədov niyə işə çıxmır? -

Son günlər nəqliyyat naziri Ziya Məmmədovun işə çıxmaması ilə bağlı mətbuatda müxtəlif xəbərlər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, məsələyə aydınlıq gətirən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov AzVision.az-a açıqlamasında bildirib ki, Nəqliyyat naziri Ziya Məmmədov növbəti əmək məzuniyyətinə çıxıb:

“Cənab nazir Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 23-nə qədər növbəti əmək məzuniyyətindədir. Əmək məzuniyyətinə çıxan hər bir şəxsin işə gəlməmək hüququ var. Nəqliyyat naziri Ziya Məmmədov da əmək məzuniyyətində olduğu üçün işə çıxmır. Bu müddətdə nazirin işə çıxmamaq haqqı-hüququ var, yəni sensasiya deyil. Bəzi saytlar isə hərəsi buna bir rəy verir”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.