banner
banner

Sosİal

Nazirlik 6 rayonda xidmətə başlayır

Nazirlik 6 rayonda xidmətə başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti bu il dekabrın 3-5-də daha 6 rayonda (Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Zərdab) davam etdiriləcək.

 Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada dekabrın 3-də Şirvan və Hacıqabul, dekabrın 4-də Sabirabad və Saatlı, dekabrın 5-də isə İmişli və Zərdab rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirəcək.

Qeyd olunan rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan şəxslər artıq qeydiyyata alınıb. Üç gün ərzində həmin şəxslər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin ediləcəklər.

Ötən ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət olmaqla yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 800 nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.