banner
banner

Dünya

Merkel geriyə addım ata bilər

Merkel geriyə addım ata bilər
Angela Merkel saysız-hesabsız mühacirin Almaniyaya axışının qarşısını almaq üçün məcburən geriyə addım atamaq durumunda qala bilər. “Der Westen” qəzeti yazır ki, öncə miqrant böhranına səthi yanaşan kansler artıq problemin həllolunmaz mərhələyə çatdığının fərqinə varıb. 
 
Qəzetə görə, Merkelin kanslerlik fəaliyyəti müddətində bu vaxta kimi onun tərəfindən 2 halda müstəsna addım atılıb. Birincisi, 2011-ci ildə Yaponiyada zəlzələdən sonra yaşanan Fukuşima faciəsi Merkeli məcbur etdi ki, Şröder-Fişer hökuməti tərəfindən sürrətləndirilən və çox çətin iş sayılan atom stansiyasının yaradılması işini birdəfəlik dayandırsın. İkincisi isə Merkelin mühacir böhranı ilə əlaqədar veridiyi müstəsna qərarlardır ki, bu da ona gətirib çıxarb ki, müharibə vəziyyətində olan ölkələrin vətəndaşları nicat yolunu yalnız Almaniyada görürlər. 
 
Merkel qaçqın qəbulu ilə əlaqədar kvota təyin etmədiyinə görə, artıq “qaçqın siyasətçisi” adını da qazanıb. 
 
Digər Avropa ölkələri mühacir qəbuluna xitam verməyə, eləcə də kvotanın təyin olunmasına çalışdığı halda Almaniya sadəcə qaçqın qəbul edib ki, bu siyasət sonda ölkəyə böyük bir miqrant ordusunun axınına səbəb olub. Merkel koalisiyası vəziyyətdən çıxış yolu tapmaqda acizdir, hələ ki, yalnız susmağı üstün tutub. 
 
Almaniya Xristian Sosialistləri Birliyi partiyası isə kansler Merkeli geri addım atmağa çağırır. Partiyanın fikirincə, hökumət bütün Almaniya boyu sərhəd-buraxılış məntəqələrinə nəzarəti ciddi şəkildə gücləndirməlidir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.