İtaliya A Seriyasının 4-cü turunda "Sassuolo" ilə keçirilən matç "Roma"nın kapitanı Françesko Totti üçün əlamətdar olub.
Cia.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 38 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində yubiley qolunu vurub.
Matçın 36-cı dəqiqəsində hesabı bərabərləşdirən (1:1) Totti "Roma"da vurduğu qolların sayını 300-yə yüksəldib. Lakin onun komandası bu görüşdən qələbə ilə ayrıla bilməyib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Totti 1992-ci ildən "Roma"nın şərəfini qoruyur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.