banner
banner

Gündəm

Məkkədə yeni faciə

Məkkədə yeni faciə

Məkkənin üzərindən qara buludlar çəkilmək bilmir. Qaldırıcı kranın aşması və 100-dən artıq insanın həlak olmasından sonra bu dəfə Məkkədən uçqun xəbərini aldıq.

Məkkədə dağ uçdu, hadisə nəticəsində bir nəfər dünyasını dəyişdi, hələ də dağıntılar altında qalanlar var.

Zəvvarların Həcc ziyarətinin yeninə yetirdiyi bir vaxtda müqəddəs torpaqlarda baş verən bu hadisədə insanlar arasında xəsarət alanlar oldumu? Onların arasında azərbaycanlı zəvvarlar varmı?

ANS TV-nin məlumatına görə, Məkkədə ölümlə nəticələn daha bir hadisə baş verib. Belə ki, gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub.

Uçqun zamanı mehmanxananın divarı tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib, hələ də dağıntılar altında qalanlar var.

Hazırda dağıntılar altında qalan zəvvarların çıxarılması ilə bağlı işlər aparılır.

Qeyd edim ki, bu vaxta qədər iki nəfər zəvvarın dağıntılar altında çıxarılıb. Həmin zəvvarlar arasında azərbaycanlı zəvvarları yoxdur.

Artıq Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gələn zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə qarşılaşırlar.

Əvvəlcə qaldırıçı kranın aşması və 107 nəfərin ölümü, 180 nəfərin yaralanmasına səbəb oldu. Daha sonra zəvvarların qaldığı mehmanxanaların birinin 7-ci mərtəbəsində yanğın baş verdi. Yanğın zamanı daha 3 nəfər zəvvar dünyasını dəyişdi. Sonuncu hadisədə isə bir nəfər zəvvarın ölümü ilə nəticələn dağ uçqunu baş verdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.