Məhşur iş adamı Hacı İbrahim Nehrəmli Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun ona məxsus olduğu deyilən “Azər-Ross İK” Mənzil Tikinti Kooperativlərini məhkəməyə verməsi fikirinə aydınlıq gətirib.
Cia.az xəbər verir ki, anspress-ə açıqlama verən Nehrəmlinin sözlərinə görə, məhkəməyə verilən şirkət hal-hazırda ona məxsus deyil. İş adamı qeyd etdi ki, həmin şirkət keçmişdə ona məxsus olub, lakin bir müddət əvvəl qohumlarından birinə satıb, buna baxmayaraq yenə də həmin qohumuna görə şirkətə maddi dəstək olduğunu bildirdi. Onun sözlərinə görə, elə bu qohumluğa və şirkətin keçmişdə ona məxsusluğuna görə onun adı bu məsələlərdə hallanır. “Mən şirkətə sadəcə maddi dəstək verirəm. Şirkətlə FHN-nin müvafiq qurumu arasında 32 min manatlıq bir mübahisə var. Düşünürəm ki bu anlaşılmazlıq yaxın zamanda öz həllini tapacaq. İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır, ancaq hələlik heç bir məhkəmə prosesi baş tutmuyub”-deyə Nehrəmli əlavə etdi.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı maraqlı bir açıqlama verdilər. Qurumdan bildirdilər ki, bu haqda heç bir məlumatları yoxdur.
Hacı İbrahim Nehrəmli həmçinin "Xəzər Adaları" layihəsinin taleyinə də aydınlıq gətirib.
Onun sözlərinə görə, Çin Xalq Respublikasının şirkətləri onun bu layihəsinə 15 milyard dollar investitsiya yatıracaq. “Artıq danışıqlar son mərhələdədir. Gələn ay Pekinə gedəcəm və orada birgə müəsisə yaradacağıq. Danışıqlara əsasən həmin şirkət ilk mərhələdə 300 milyon, daha sonra isə 2.7 milyard dollar pul yatıracaq”,-deyə Nehrəmli bildirdi.
Hacı İbrahim deyir ki, 3 milyard dollarlıq bu müqavilə daha iki Çin şirkətinin və bir Sinqapur şirkətinin “Xəzər Adaları”na marağına səbəb olub. Buna görə də Pekindəki daha bir şirkətlə 12 milyard dollarlıq yatırım üçün ilkin memorandum imzalamışıq. “Lahiyə başa çatdıqda ümumi qiyməti 200 milyard dollar olacaq. Üç aya qədər 300 milyonluq pul gələn kimi 25 min işçiyə ehtiyac yaranacaq və mən 25 min işçini işə götürəcəm”,-deyə İbrahim Nehrəmli bildirdi.
"Avesta" konserninin rəhbəri, iş adamı Hacı İbrahimin Beynəlxalq Banka ümumilikdə 450 milyon manat borcu olduğu üçün dəfələrlə Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə aparılıb. May ayının 13-də "Bandotdelə" dindirilmə üçün aparılan iş adamı bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.