banner
banner

Sosİal

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq

900 milyon üzvü ilə dünyanın ən fəal mesajlaşma proqramı “WhatsApp” istifadəçiləri böyük bir təhlükə ilə qarşı- qarşıyadır.

Cia.az modern.az-a istinadən xəbər verir ki, bu təhlükənin əsas hədəfi Android telefonlarıdır. Belə ki, “WhatsApp”-a bilinməyən nömrədən “hədiyyə qazandınız” şəklində spam mesajlar gəlir. Mütəxəssislər istifadəçiləri bu cür mesajlarla göndərilən linklərə daxil olmamağa çağırır.

Çünki, xakerlər bilinməyən nömrədən daxil olan bu mesajlardakı linkləri açanların telefonunu ələ keçirir və cihazı istifadəsiz hala salır.

Təhlükəsizlik mütəxəssisləri bu cür hücumdan ən az ziyanla yaxa qurtarmaq üçün belə mesajların o dəqiqə silinməsini və telefon nömrəsinin əngəllənməsini məsləhət görür.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.