Noyabrın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.
CİA.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar.
Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.
Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.
Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.