FİFA Arda Turanla bağlı müraciətə rədd cavabı verdi
“Barselona” yayda heyətinə qatdığı türkiyəli futbolçu Arda Turanın oynaması üçün FİFA-ya müraciət etmişdi.
Cia.az xəbər verir ki, Rafinya zədələndikdən sonra Ardanı sifariş etmək istəyən katalonların bu arzusunu ali futbol qurumu ürəyində qoyub.
FİFA “Barselona”ya yanvara kimi gözləməli olduğunu bildirib və katalonların yeni transferlərinə 2016-cı ilin yanvarına qədər oynamaq qadağasını qüvvədə saxlayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.