Müğənni Roza Zərgərli spirtli içki içdiyini etiraf edib.
Axşam.az-ın məlumatına görə, “İncə+” verilişinə qonaq olan sənətçi aparıcının “İçki içirsiniz” sualına belə cavab verib: “Bəli. Bayramda, ad günlərində, ziyafətlərdə niyə də içməyim? Şərab, şampan qəbul edirəm. Bu, sağlamlıq baxımından da xeyirlidir. Amma “işim düz gətirmədi, bir şüşə araq içim” kimi hallar olmur. Toyda, özəl günlərdə içirəm. Ailəmlə bərabər oturub içməyim normal haldır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.