banner
banner

Sosİal

Taksilərin yoxlanışı başlayır

Taksilərin yoxlanışı başlayır

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub.

Cia.az-a daxil olan məlumata görə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir. Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt, 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.