banner
banner

Dünya

Ukrayna Rusiyadan 50 milyard dollar tələb edəcək

Ukrayna Rusiyadan 50 milyard dollar tələb edəcək
Ukrayna Krıma və Donbasa görə Rusiyadan çoxmilyardlıq kompensasiya tələb edəcək.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna XİN rəhbəri Pavel Klimkin bildirib.  
 
“Söhbət milyardlarla dollar həcmində olan məbləğlərdən gedir. Bu məbləğlər müxtəlif iddialar əsasında irəli sürüləcək. Düşünürəm ki, nəticədə bəzi iddialar üzrə məbləğ həcminə görə “Yukos işi” ilə bərabərləşəcək”, deyə Klimkin bildirib. “YUKOS”un sabiq sərmayəçilərinin Rusiyadan 50 mlrd dollar kompensasiya tələb etdiyi vurğulanır.    
 
Klimkinin sözlərinə görə, Kiyevdə itirilmiş təbii sərvətlər də daxil olmaqla artıq dəyən zərərin hamısı hesablanıb.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.