Bir neçə gün öncə səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev tutduğu vəzifəsindən azad edilib.
CİA.Az AzVision.az-a istinadən xəbər verir ki, Mehman Rzayevin yerinə artıq yeni rəis təyin olunub. Həmin yerə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kadedra müdiri, tibb elmləri doktoru Ələkbər Məmmədov təyinat alıb.
Qeyd edək ki, Ə.Məmmədov prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.