banner
banner

Gündəm

“Azərişıq” “Azərenerji”nin pulunu ödəmir? - İşçilər narazıdır

“Azərişıq” “Azərenerji”nin pulunu ödəmir? -

“Azərişıq” “Azərenerji”dən aldığı elektrik enerjisinin pulunu artıq üç aydır ki, gecikdirir.

“Qafqazinfo”ya müraciət edən “Azərenerji” işçilərinin sözlərinə görə, bu səbəbdən də “Azərenerji” maaşları bayramdan sonraya saxlayıb. Bununla yanaşı, stansiyaların təmiri və nəzərdə tutulan digər işlərin də həyata keçirilməsi gecikdirilir. “Azərişıq”ın isə ödənişi gecikdirməsinə əsas kimi işıq xətlərini yenilədiyini, yeni transformatorlar aldığı göstərilir. Bu isə enerjinin 90 faizini “Azərişıq”a satan “Azərenerji”nin maliyyə “böhranı” yaşamasına səbəb olub.

Şikayətçilərin sözlərinə görə, 10 minə yaxın işçisi olan “Azərenerji”də 150-500 manat arası maaş alan müxtəlif kateqoriyalı işçilər çalışır. Bayramqabağı ödənilən cüzi premiya ilə isə hər hansı bayram hazırlığından söhbət gedə bilməz.

“Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurum hər ay vaxtı vaxtında "Azərenerji"yə ödəməli olduğu pulu ödəyir. Bunu təsdiq edən rəsmi sənədlər də mövcuddur. Onun sözlərinə görə, təkcə bu ayın pulu köçürülməyib, o da ayın sonu baş tutacaq.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.