banner
banner

Hərbİ

Hərbi nümayəndə heyətimiz İsrailə gedəcək

Hərbi nümayəndə heyətimiz İsrailə gedəcək

Azərbacanın hərbi qurumlarının yüksək rütbəli təmsilçilərindən ibarət nümayəndə heyəti 2015-ci ilin iyun ayında İsrailə səfər edəcək. APA-nın «The Algemeiner» qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti iyunun 2-dən 4-dək Tel-Əviv şəhərində keçiriləcək "İSDEF-2015" hərbi sərgisinə qatılacaq.

Nümayəndə heyətində Milli Qvardiyanın, Xüsusi Təyinatlı Qüvvələrin komandanları və Müdafiə Nazirliyinin rəsmiləri təmsil olunacaqlar.

Qeyd edək ki, son olaraq cari ilin sentyabr ayında İsrailin müdafiə nazirinin rəhbərliyi altında geniş nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyəti "ADEX-2014" sərgisinin açılışında iştirak edib, bir sıra görüşlər keçirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.