banner
banner

Hərbİ

ABŞ nümayəndələri ANAMA-da

ABŞ nümayəndələri ANAMA-da

ABŞ Dövlət Departamentinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) olublar.

ANAMA-dan APA-ya verilən məlumata görə, səfərin məqsədi Ceyrançöl layihəsinin icra prosesi ilə yerində tanış olmaq və ANAMA-nın ehtiyaclarını öyrənmək olub.

ANAMA baş qərargahında keçirilən görüşdə layihənin icrası barədə məlumat verilib.

Daha sonra ABŞ nümayəndə heyətinin üzvləri Göygöl Regional Təlim Bazasına və layihənin icra olunduğu Ağstafa rayonunun Ceyrançöl ərazisinə səfər ediblər. ANAMA-nın Göygöl bazasında qonaqlara agentliyin ümumi fəaliyyəti haqqında ​məlumat verilib, onlar üçün avadanlıq sərgisi təşkil olunub, baza şəraiti və minaaxtaran itlərin seleksiya məntəqəsi göstərilib.

ANAMA-nın fəaliyyəti zamanı əldə edilən nailiyyətlər, icra olunmuş və olunan layihələr, yerli və beynəlxalq səviyyəli təlimlər qonaqlar tərəfindən maraqla qarşılanıb.

Saloğlu bazası və Ceyrançöl ərazisinə səfər zamanı ANAMA-nın regional əməliyyat meneceri Mədəd Məmmədov baza və sahə şəraitlərində qonaqların müxtəlif texniki suallarını cavablandırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.