“Qaya” Mətbuat Yayımının Marketinq şöbəsinin müdir müavini itkin düşüb. Redaksiyamıza daxil olan məlumata görə, 1962-ci il təvəllüdlü Fuad Həsən oğlu Hadıyev sentyabrın 19-da Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq evində düzənlənən toy məclisində iştirak edib. Məclisi tərk edəndən sonra isə yaşadığı Nəsimi rayonu, M.Qasımov küçəsi 19, mənzil 7-yə dönməyib. Yaxınları onu güman etdikləri bütün ünvanlarda axtarıblar. Lakin F.Hadıyevi “gördüm” deyən olmayıb. Aldığımız məlumatda bildirilir ki, bundan sonra onun yaxınları polisə üz tutublar. Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının da axtarışları nəticə verməyib.
“Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, F.Hadıyevin itkin düşməsi ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Daxili İşlər Nazirliyinə müraciət etdik, dərhal çevik reaksiya verildi. Nizami Polis İdarəsi ilə yanaşı şəhər Polis İdarəsi də axtarışlara qoşuldu. Fuad Hadıyevin telefonu sönüb. ”Təhlükəsiz Şəhər"in kameraları ilə baxdılar. Kameralardan görünür ki, o şadlıq evindən çıxıb “Neftçilər” metrosuna qədər gəlib. Ondan sonrası haqda məlumat yoxdur. Avtobusa minib, taksiyə minib bilinmir".
X.Əliyev deyir ki, F.Hadıyev itkin düşəndən 1 gün sonra yaxınları ilə əlaqə saxlaya bilib: “Deyə bilib ki, vəziyyəti ağırdır. Bundan sonra telefonu sönüb, yerini, harada olduğunu deyə bilməyib”.
Firma direktoru əməkdaşı haqda hər hansı bir məlumatı olanlardan polisə və ya “Qaya”ya məlumat vermələrini xahiş edib: “Bizim firmaya da müraciət edə bilərlər. Bizim firma əməkdaşları da onun itkin düşdüyü ərazidə olmuşuq, axtarmışıq”.
X.Əliyev əməkdaşının yeri haqda məlumat verən şəxsə mükafat verəcəyini də açıqlayıb.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.