Antaliyada bir oteldə işləyən eşitmə əngəlli 32 yaşlı B.Y pis vəziyyətə düşüb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, valideynlərinin məsləhəti ilə gənc oğlan 22 yaşlı, əslən suriyalı Fatmanı bəyənərək onunla evlənmək qərarına gəlib. Qızın anasına 3 min lirə (təxminn min manat) "süd pulu" verən oğlan qızı və qardaşı olduğu deyilən Məhəmməd Sultanı götürərək Antaliyaya gətirib. Dini nikah mərasimindən sonra gəlinə 6 bilərzik, üzük, sırğa, və qızıl saat alınıb. Qızıl dükanından çıxdıqdan sonra isə suriyalı gəlin ticarət mərkəzinin qarşısında "qardaşı" ilə bir yerdə yoxa çıxıb.
B.Y-nin ailəsi dələduzluqla bağlı polisə şikayət edib. Təhlükəsizlik kameralarındakı görüntülərdən də aydın olub ki, qız bir oğlan və qadınla qaçıb. Bəyin atası qızın qardaşı kimi tanıdılan şəxsin onun həyat yoldaşı ola biləcəyini deyib:
"Suriyalılara qucaq açıb oğlumuzu onlardan biri ilə evləndirmək istədik, amma başımıza bunlar gəldi. Qızılları da borca almışdıq".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.