Əməkdar artist Mətanət İsgəndərli 15 kiloqram arıqlayıb.
Cia.az xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib: "Bəri başdan deyim ki, pəhrizlə arıqlamışam. Sonra söz çıxartmasınlar ki, plastik əməliyyat etdirmişəm. İnsan istəyəndən sonra hər şeyə nail olur. Tez-tez üzürəm, hər gün piyada gəzirəm. Təmiz havada çox oluram. Bol-bol su içirəm. Əvvəllər saat 4-də, 5-də yata bilirdim. İndi qarşıma məqsəd qoymuşam, 12-dən gec yatmıram. Hələ 10 kiloqram da arıqlamaq niyyətim var".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.