banner
banner

Sosİal

Ətin qiyməti bahalaşa bilər

Ətin qiyməti bahalaşa bilər

Qurban bayramı ərəfəsində bazarda ətin qiymətinin ucuzlaşması müvəqqəti haldır. Yaxın günlərdə təklifin azalması, qiymətlərin isə artımı baş verəcək.   

Bunu modern.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bayram ərəfəsində bazarda ətin qiymətində ucuzluğun müşahidə edilməsinə münasibət bildirərkən deyib.   
Ekspertin sözlərinə görə, ucuzluğa səbəb bayramda yaxşı gəlir əldə etmək üçün bəzi sahibkarlar qonşu ölkələdən çoxlu sayda diri heyvan idxal etməsidir:“Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü nəzərə almayan tədarükçülər heyvanların satışı ilə bağlı ciddi problemlərlə qarşılaşıblar. İlk günlərdə təmiz ət çəkisinin bir kiloqramını 9-10 manata təklif edən sahibkarlar sonradan qiymətləri endirməli olublar”.   
 
Ekspertin fikrincə, bazarda təklifin azalması və qiymətlərin artması ilə müşahidə olunacaq: “Bazarda tələbin azalması təbii olaraq istehsalın da azalmasına səbəb olacaq. Bu isə o deməkdir ki, gələcəkdə ət bazarında təklifin azalması, qiymətlərin isə artımı baş verəcək”.   
 
Qeyd edək ki, bazarda dana və quzu ətinin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşıb. 7.5 manat və 8 manata təklif edilən dana əti 7 manata, 9-10 manata satılan quzu əti isə 8 manat və 8.5 manata alıcılara təklif edilir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.