banner
banner

Dünya

Türkiyə sahillərində 17 qaçqın batıb

Türkiyə sahillərində 17 qaçqın batıb
Qayıqla Yunanıstana getməyə çalışan 17 qaçqın Türkiyə sahillərində batıb.
 
Türkiyə mediası sentyabrın 27-də yazıb ki, hamısının suriyalı olduğu güman edilən qaçqınlardan beşi qadın, beşi uşaq idi.
 
Xilasedici jilet geyinmiş 20 nəfər isə qəzadan salamat çıxıb.
 
Bu il Avropaya 500 min miqrant və qaçqın gedib. Onlardan çoxu Aralıq dənizindən, təhlükəli qayıqlarla keçib.
 
Qaçqınlar daha sonra Balkanlarda quru səyahətinə çıxır, Qərbi Avropaya doğru yol alırlar.
 
Yanvardan bəri Türkiyədən Yunanıstana keçməyə çalışan 2800 nəfər həlak olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.