banner
banner

Dünya

Taliban Kunduza hücuma başlayır

Taliban Kunduza hücuma başlayır
Taliban silahlıları Əfqanıstanın şimalındakı Kunduz vilayətinin paytaxtına yeni hücuma başlayıb. Vilayət polisinin sözçüsü Sayed Sərvər Hüseyni deyib ki, hücum sentyabrın 28-də səhər tezdən başlanıb.
 
Məlumatlara görə, hökumət qüvvələri ilə atışmalar davam edir, şəhər mərkəzində artilleriya atəşi səsləri eşidilir. Hələlik 20 silahlının öldürüldüyü barədə məlumat var.
 
Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb və şəhər sakinlərini evdən çıxmamağa çağırıb.
 
Əfqanıstanın şimalında vaxtilə sakitçilik hökm sürsə də, son illər zorakılıq artıb. Apreldə Kunduz şəhərində şiddətli döyüşlər gedib. Taliban onda ərazi əldə etməyə çalışırdı
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.