İranda dilənçilik edən bir nəfərin 17 milyon dollar pulu olduğu müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, İranın Qərbi Azərbaycan əyalətində yaxalanan 64 yaşlı dilənçinin üzərindən 4 min dollar, iki bank hesabından isə 13 milyon dolları olduğu üzə çıxıb. Ələ keçirilən ümumi 17 milyon dollara sosial xidmət göstərən bir bina inşa ediləcək. Bu barədə İranın “İRNA” rəsmi xəbər agentliyi xəbər yayıb.
Dilənçilərə qarşı aparılan əməliyyatda yaxalanan 13 nəfər dilənçidən 11-nin fərqli ölkələrdən olduğu aydın olub.
Lakin 17 milyon dollar pulu olduğu müəyyənləşdirilən dilənçi isə hamını təəccübləndirib. Sözügedən dilənçinin əvvəllər isə səyyar satıcılıqla məşğul olduğu bildirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.