Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Çelsi"nin qalib gəldiyi "Şalke" ilə oyun (3:0) komandanın hücumçusu Didye Droqba üçün əlamətdar olub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Şalke" ilə səfər matçının 76-cı dəqiqəsində fərqlənən 36 yaşlı futbolçu Çempionlar Liqasında 44-cü qolunu vurub.
Bununla da Fil Dişi Sahili yığmasının üzvü avrokuboklarda vurduğu qolların sayını 50-yə yüksəldib. Droqba avrokuboklarda 50 qol vuran ilk afrikalı futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Çempionlar Liqasında 44 qol vuran Droqba "Marsel"in heyətində 6 dəfə də avroliqa oyunlarında fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.