Hacı İbrahim Nehrəmli xaricə qaçış planı hazırlaması haqda yayılan məlumatlara reaksiya verib.
Cia.az xəbər verir ki, o modern.az saytına açıqlamasında yayılan xəbərin doğru olmadığını deyib: “Mən bir çox mətbuat orqanlarını özümə yaxın buraxmıram, açıqlama vermirəm. Ona görə də ağıllarına gələni yazırlar. Bunu yazmaqla məni şantaj etdiklərini düşünürlər. Mən bunların heç birinə fikir vermirəm”. Hacı İbrahim Nehrəmli “Doğurdanmı Azərbaycandan getmək fikriniz var” sualını “qətiyyən ola bilməz” deyə cavablandırıb: “Malik olduğum hər şey Azərbaycandadır. Məgər adam bu qədər əmlakını qoyub xaricə gedərmi? Mənim xaricdə nəyim var ki?!”.
Qeyd edək ki, “Avesta Konserni”nin prezidenti Hacı İbrahim Nehrəmli ilə Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Cian Cun arasında ilkin olaraq 3 milyard dollarlıq müqavilə imzalandığı haqda məlumat yayılıb. İddia olunur ki, bu açıqlama Hacı İbrahimin Azərbaycandan çıxışını təmin etmək üçün atılmış addımdır.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankına borcu olan digər kredit oliqarxları kimi “Avesta Konserni” MMC-nin prezidenti Hacı İbrahim Nehrəmlinin də ölkədən çıxışı məhdudlaşdırılıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.