banner
banner

Gündəm

Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır

Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır

İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu erməni Vahan Martirosyanın son vəziyyəti ilə bağlı danışıb.

Cia.az xəbər verir ki, Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında Bakıya sığınan erməni ailəsinin üçüncü ölkəyə getmək istəmədiyini vurğulayıb:

“Məlum səbəblər üzündən onun barəsində geniş məlumat vermək iqtidarında deyilik. Çünki ona qarşı nəinki Ermənistan tərəfindən, hətta Rusiya və digər ölkələrdən belə təxribatlar ola bilər. Bu məsələləri nəzərə alaraq, onun haqqında mətbuatda tez-tez məlumat verilməsini doğru hesab etmirəm.

Lakin onu deyə bilərəm ki, Martirosyan ailəsinin vəziyyəti normal durumdadır, heç bir narahatlıq yoxdur. Mən vaxtaşırı onlarla telefon əlaqəsi saxlayıb görüşürəm. Ailə tez-tez Bakının gəzintisinə çıxır. Vahan Martirosyanın dediyinə görə, Azərbaycan onların çox xoşuna gəlib. Bu səbəbdən ölkəmizdən kənar heç bir yerə tərpənmək istəmir”.

Xatırladaq ki, bu günlərdə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır
Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır
Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.