Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumtəhsil müəssisələrinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında və qəbul imtahanlarında iştirak etmək, həmçinin digər sənədləşmə işlərinin aparılması şagirdlərin şəxsiyyət vəsiqələrinin olmasını zəruri edir.
Cia.az-ın məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi buraxılış sinif şagirdlərinin rahat şəkildə, uzaq mərkəzlərə müraciət etmədən şəxsiyyət vəsiqəsi almalarını və vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməsini təmin etmək üçün yerlərdə səyyar “ASAN xidmət”lər təşkil edəcək.
TQDK növbəti tədris ilində buraxılış sinfində təhsil alacaq şagirdlərə tövsiyə edir ki, şəxsiyyət vəsiqəsi əldə etmək üçün yaradılan bu imkandan faydalansınlar. Belə ki, onlar yaşadıqları məntəqədə yerləşən səyyar “ASAN xidmət”ə müraciət etməklə ən qısa zamanda rahat şəkildə şəxsiyyət vəsiqəsi ala bilərlər.
Ətraflı məlumatı TQDK-nın tqdk.gov.az saytından əldə etmək olar.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.