banner
banner

Sosİal

Sabirabadı su basdı

Sabirabadı su basdı

Cəlilabad rayonunda yağışlı hava problemlər yaradıb.

ANS TV-nin məlumatına görə, rayonun Sabirabad kəndindən keçən Qarayar çayının məcrasından çıxması ilə kəndin çaysahili ərazilərdə yerləşən evlərini və əkin sahələrini su basıb.

Sabirabad kənd sakini Azay Məmmədov, suyun bütün evləri basdığını, heç nə edə bilmədiklərini deyir.

Sabirabad kənd sakini Kəmaləddin Həmidov isə hazırda evinin və aldığı 5-6 ton kartofun suyun içində qaldığını deyir.

Hazırda ərazidə quraşdırılmış su nasosları vasitəsilə həyətlərə yığılmış suların təmizlənməsi həyata keçirilir. İntensiv yağışlar rayondakı Mişarçayda da suyun artmasına səbəb olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.