banner
banner

Gündəm

Daxili İşlər Nazirliyində kütləvi ixtisar? - 140 işçiyə 4 gün möhlət

Daxili İşlər Nazirliyində kütləvi ixtisar? -

Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb.

ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib. Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb.

Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib.

Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir. Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.

Polkovnik Rəcəb Rəcəbov "Qafqazinfo" ilə əlaqə saxlayaq bildirib ki, məlumat tamamilə yanlışdır və ixtisarlarla bağlı heç bir əməkdaşa xəbərdarlıq olunmayıb: "Kimsə yaşına, intizamsızlığına görə işdən çıxarıla bilər, lakin fiziki göstəricilərlə bağlı heç kəsə xəbərdarlıq edilməyib və işdən çıxarılmayıb".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.